Su və hava daşımalarının həcmi açıqlandı
Bizi izləyin

Digər

Su və hava daşımalarının həcmi açıqlandı

Dəniz nəqliyyatında daşınan yüklərin həcmi 2 milyon ton təşkil edib.

Publika.az xəbər verir ki, yüklərin 70,5 faizini neft yükləri, 29,5 faizini isə quru yüklər təşkil edib. Bütün daşımalar xarici əlaqə üzrə həyata keçirilib. Cari ilin üç ayında dəniz limanlarında 2,7 milyon ton yükləmə-boşaltma işləri həyata keçirilib. İşlənən yüklərin 94,6 faizini beynəlxalq tranzit yükləri təşkil edib. Bu ilin aprel ayının 1-də limanlarda göndərilmək üçün 33,8 min ton idxal yüklərin qalığı olub. Hava nəqliyyatı ilə 373,8 min və ya 4,1 faiz çox sərnişin daşınıb. Daşımanın 99,7 faizi dövlət, 0,3 faizi isə özəl müəssisələrə məxsus hava gəmiləri ilə həyata keçirilib. Bu nəqliyyat növü ilə yükdaşıma 65,8 faiz artaraq 25,2 min tona çatıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm