“Apple Watch” Rusiyada Avropa və Amerikadakından 4 dəfə bahadır
Bizi izləyin

Digər

“Apple Watch” Rusiyada Avropa və Amerikadakından 4 dəfə bahadır

“Apple Watch”un qızıl korpuslu ağıllı saatları Rusiyada 1,75 milyon rubl təşkil edir. Bunu da dollara konvertasiya etdikdə 33 458 dollar alınır.

Publika.az “Forbes”ə istinadən bildirir ki, Amerikada eyni model ağıllı saatlar 15 min dollar təşkil edir. Satıcıların sözlərinə görə, Rusiyada insanlar “Apple Watch”la maraqlansalar da, hələlik bu texnikaya kimsə pul vermək niyyətində deyil. Yeri gəlmişkən, saatların paslanmayan korpuslu modeli də Rusiyada həddən artıq bahadır. Belə ki, ABŞ-da bu qiymət 699 dollar, Rusiyada internet mağazalarda qiymət isə 2660 dollardır. Məlum olur ki, ağıllı saatların Rusiyadakı qiymət Avropadakından 2-4 dəfə bahadır. Fiziki şəxslər tərəfindən Rusiyaya belə saatlardan cəmi 1500-2000 ədədi gətirilib.

Onu da xatırladaq ki, “Apple Watch”un dünya bazarlarında satışına bu ilin aprel ayının 24-dən başlanılıb. “Aplle”nin ağıllı saatları üç versiyada istehsal edilib. Birinci versiya alüminium korpuslu “Watch Sport”dur. İkinci versiya paslanmayan korpusa malik “Watch”. Üçüncüsü tərkibində 18 karatlıq brilyant olan “Watch Edition”dur. İndiyə qədər alıcılar (62 faiz) əsasən modellərdən ən ucuzuna pul ödəyiblər. Hansı ki bu da “Watch Sport”dur. Ağıllı saatın qiyməti 349 dollardır.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm