Azərbaycanın sığorta bazarı 11,1% artıb
Bizi izləyin

Digər

Azərbaycanın sığorta bazarı 11,1% artıb

Bu ilin yanvar-may aylarında Azərbaycandakı 27 sığorta şirkətinin xəttilə 207,6 milyon manat sığorta haqqı toplanıb.

Publika.az Sığortaçılar Assosiasiyasına istinadən xəbər verir ki, bu, 2014-cü ilin eyni dövrünə nisbətən 11,1% çoxdur.

5 ay ərzində sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlər isə 74,5 milyon manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 35% çoxdur.

Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının müqabilində 35,9 manat ödəniş edilib. Bu rəqəm 2014-cü ilin yanvar-may aylarında 29,5 manat olub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm