Pul
SOCAR istiqrazları üzrə faizlərin ödənişi başlayır – İLK DƏFƏ
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dollarla buraxdığı SOCAR istiqrazları üzrə faizlərin ödənişi başlayır.
"SOCAR Capital" şirkətindən Publika.az-a verilən məlumata görə, nominal məbləği 1000 dollar olan və illik gəlirliliyi 5% olan SOCAR istiqrazları üzrə faizlər ildə 4 dəfə ödəniləcək.
İlk faizlər yanvarın 17-dən ödənilir.
Hər bir istiqraz üzrə faiz ödənişi 12,5 dollardır. İstiqraz sahibləri bu pulları istədikləri kimi istifadə edə, bank hesabında saxlaya, nağd formada çıxara, o cümlədən yeni istiqraz ala bilərlər.
Həcmi 100 milyon dollar olan SOCAR istiqrazlarının sahiblərinə yanvar ayından başlayaraq hər dəfə 1 milyon 250 min dollar olmaqla, il ərzində ümumilikdə 5 milyon dollar faiz ödəniləcək.
Bu il növbəti faiz ödənişləri 2017-ci ilin 17 aprel, 17 iyul və 17 oktyabr tarixlərində olacaq.
SOCAR istiqrazlarının ən byöük üstünlüyü onların dollarda buraxılması, SOCAR tərəfindən minimum alış qiymətinin təyin edilməsi (qiymətin 1 000 dollardan aşağı düşməsi mümkün deyil), likvidliyin yüksək səviyyədə olmasıdır. Belə ki, istiqrazları cəmi bir neçə dəyqiqəyə heç bir itki olmadan nağd vəsaitə çevirmək mümkündür. Bu da investorlar üçün heç bir investisiya alətində olmayan böyük üstünlükdür.
Hazırda SOCAR istiqrazlarını sərfəli qiymətə təkrar bazardan əldə etmək mümkündür. Bunun üçün 1 və 5 saylı ASAN Xidmət mərkəzlərinə, *1999 qaynar xəttinə və ya socaristiqraz.az saytına müraciət etmək lazımdır.
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər
-
Sosial15:20
Əməkhaqqı ilə bağlı mühüm dəyişiklik - İyulun 1-dək...
-
Rəsmi xronika14:41
Prezident və birinci xanım Şuşada
-
Dünya14:12
Cəlal Şəngördən şok iddia: Türkiyə bu ölkə ilə birləşəcək
-
Dünya13:52
20 ildən sonra ilk dəfə xəbərdarlıq edildi - Bu gün başlayır, çox təhlükəlidir...
-
İqtisadi gündəm13:27
Türkiyə gündəmi silkələndi: Ərdoğanın vəzifədən azad etdiyi xanım qayıdır