Uşaqlarınızı mövsümə uyğun qidalandırın
Bizi izləyin

Qadın

Uşaqlarınızı mövsümə uyğun qidalandırın

Mövsümə uyğun qidalanmaq insanlara mövsümi xəstəliklərdən qorunmaqda kömək edir. Uşaqlarda zehni funksiyaları gücləndirmək və qan dövranını yaxşılaşdırmaq üçün bu cür qidalanma əhəmiyyətlidir. Mütəxəssislər xüsusi ilə təhsil alan uşaqların qidalanmasında bu amili vacib sayır. Mütəxəssislər yaz aylarında meyvə və tərəvəz, tərəvəzdən hazırlanan şorbalar, göy-göyərti, qış aylarında uşaqlara süd, qatıq, balıq, toyuq, mal əti, quru paxlalılar və başqa qidaların verilməsini məsləhət görür. Bu qidaların əskikliyi iştahanı azaldaraq həzmin pisləşməsinə, baş ağrısına, ağız içi yaralara, qan azlığına və yuxunun pozulmasına yol açır.

Uşaqların mövsümə uyğun qidalanması həm də xəstəliklərdən qorunmağa kömək edir. Xüsusilə payız fəslində uşaqların bədən müqavimətini artıracaq qidaların seçilməsi lazımdır. Sitrus meyvələri daha faydalıdır. Təzə paxlaya, ispanağa, cəfəriyə, pomidora, kartofa, bibərə, xiyar kimi tərəvəzlərə də üstünlük vermək olar.
Güclü sümüklər üçün kalsium da lazımlıdır. Kalsiumun ən yaxşı qaynağı süd məhsullarıdır. Gündə 2 stəkan süd və ya qatıq qəbul etmək sümük əriməsi (osteoporoz) riskini azaldar və bədənin daha balanslı işini təmin edər.

Heyvani zülallar da əhəmiyyətlidir. Əzələlərin əmələ gəlməsində, böyümə və inkişafında zülallarla zəngin ət, süd məhsulları, yumurta, yağlı ləpələr və taxıl məhsulları təsirlidir. Heyvani zülallar dəmir mineralının ən yaxşı mənbəyidir. Bu səbəbdən də həftədə 2 dəfə qırmızı ət, 2 dəfə toyuq və ya hind toyuğu, 2-3 dəfə balıq qəbul etmək lazımdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm