Xanımları cazibəli göstərən dekoltelər - FOTOLAR
Bizi izləyin

Qadın

Xanımları cazibəli göstərən dekoltelər - FOTOLAR

Bu il podiumlarda sinələr bağlı yaxalıqların altında gizləndi. Dizaynerlər bu mövsüm kürək dekoltesinə daha çox yer veriblər. Hətta idman üslubunda olan geyimlərdə belə kürək dekiltesinə rast gəlirik. Buna görə də, qarderobları hazırlamağın əsl vaxtıdır. Publika.Az-ın qadın bölməsi kürək dekoltesini geyin yollarını izah edib.

Necə geyinməli?

Çəkici və başdan çıxaran qadın olmaq üçün kürək dekoltesi düzgün seçimdir. Dekolte bənzərsiz bəzək olduğu üçün aksessuarlara büyük ehtiyac yoxdur. Zərif hündür daban ayaqqabı və klatç geyimi tamamlayan ideal seçimlərdir. Kürək dekoltesi çox dərindirsə, sinə və ayaqlar örtülü olmalıdır.

Kimlər geyinməlidir?

Kürək dekoltesi qadınları çox cazibəli göstərsə də, hamı geyinə bilməz. Belə ki, kürək dekoltesi başda ən çox düz və hamar kürəyi olanlara, bir də iri çiyinli qızlara yaraşır. Bu trend büsqaltersiz gəzə bilməyənlər üçün də uyğun deyil. Xüsusən də ziyafət libaslarında büsqalter görünməməlidir. Lakin görünməyən yapışqan büsqalter taxa bilərsiniz. Kürək dekoltesi ağ libasda inanılmaz dərəcədə çəkici görünür. Fərqlənməyi sevən gəlinlər toy günündə bu cür gəlinlik stillərinə müraciət edə bilər. Yaşlı xanımlara isə qətiyyən tövsiyə olunmur.

Harada və necə geyinməli?

Özəl dəvətlərdə, gecə mərasimlərində və bağlı məkanlarda cazibənizi daha kəskin hiss etdirmək üçün idealdır. Təbii ki, kürək dekoltesi yaz ayları üçün daha idealdır.

Hansı məşhurlar geyinir?

Liv Tyler, Rihanna, Scarlett Johansson, Jenifer Lopez, Claire Danes və Bar Refaeli kürək dekolteli geyimlərə tez-tez müraciət edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm