Yayın ən dəbli donları – FOTOLAR
Bizi izləyin

Qadın

Yayın ən dəbli donları – FOTOLAR

Elə bir dövrdə yaşayırıq ki, xanımlar demək olar ki, bütün rəhbər postları öz əllərinə alıblar. Və onlar görüşdən dərhal sonra səbirsizliklə əks cinsin nümayəndələrinin zənglərini və mesajlarını gözləmirlər. Xanımlar öz həyatlarını istədiklərimi kimi qurub yaşamağa nail olublar. Bütün bunlar isə gözəl və şən yay donlarının sayəsində mümkün olur. Gözəl geyimlər xanımlara yaşamağa və həyatdan zövq almağa ilhamlandırır. Bəs bu yay hansı fasonlar və modellər aktual olacaq? Publika.Az-ın qadın bölməsi yayın ən gözəl və aktual donlarını seçib.

Asqılı donlar - Nazik asqılar işvəli və yaraşıqlı qadın çiyinlərini vurğulayır. Üstəlik məsum və pak qadın obrazı bəxş edir.

Qırçınlı donlar - Qırçınlı yubkaların bu mövsüm olduqca aktual olduğunu söyləmişdim. Qırçınlı yubkalarla yanaşı, qırçınlı donlar da dəb gündəminə daxil ola bilib. Belə ki, sərin yay gecələrində ideal qırçınlar dalğalanır və havada süzür. Ətrafdakılar sizin romantik qız olduğunuzu o dəqiqə başa düşəcək.

Çiyinləri açıq və asqısız donlar - Bu donlar həm seksuallığı, həm də qadınlığı ön plana çıxarır. Onlar bədənə güclə deyil, rahat oturmalıdır. Əgər sizin bədəniniz və sinələriniz icazə verirsə, bu stili rcəsarətlə daşıya bilərsiniz.

Krujevalı paltarlar - Retro stilində tikilən ağ-qara krujevalı donlar da aktualdır.

Publika.Az-ın qadın bölməsi Peter Pilotto, Alexander Wang, Oasis, Max & Co, Chloé, Rochas, Karen Millen, River Island, La Mania, Nina Ricci, Guess, Burberry və başqa brendlərin ən aktual donlarını seçib:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm