Paris yüksək dəb həftəsindən eleqant kolleksiya - FOTOLAR
Bizi izləyin

Qadın

Paris yüksək dəb həftəsindən eleqant kolleksiya - FOTOLAR

Corc Armani Parisdə Yüksək Dəb Həftəsində yeni kolleksiyasını təqdim edib.

Corc Armani Parisdə Yüksək Dəb Həftəsində yeni kolleksiyasını təqdim edib.

Corc Armani öz pərəstişkarlarını hər dəfə yeni formaları ilə təəccübləndirməyi bacarır. Bu dəfə podiumda 1920-ci illərin dəbi əsib. Belə ki, obrazlarda dizaynerin öz dəsti-xətti, parıltısı və xarakterik düz xətləri, həm biçimdə, həm də təsvirlərdə açıq-aşkar görünür. Kolleksiyanın adı da onun ruhuna uyğun seçilib. Nomade - tərcümədə "köçəri və ya sahibsiz" kimi izah olunur.

Armani, yeni kolleksiyasını fikrə dalarkən öz təxəyyülündə gəzən xanımların obrazını çəkib, hansı ki, onlar həmişə çox qəribə görünür. "Mənim muzam - dünyanı gəzən, onun ürəyinə toxunan və həyacanlandıran gözəl şeylərdən ilham alan qadındır”. Bu fikirləri dizayner nümayişdən əvvəl bölüşüb.

Qəribəliyi ilə diqqət çəkən kolleksiyada uyğunsuz əşyalar bir yerə toplansa, bütünlükdə zahirən çox eleqant görünür. Kişi biçimli şalvarlar, baş yaylıqları və digər bütün elementlər bir-birini əla tamamlayır.

Publika.Az yeni kolleksiyasnın fotolarını təqdim edir:

.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm