"Çankaya" köşkünün birinci xanımları (FOTO)
Bizi izləyin

Qadın

"Çankaya" köşkünün birinci xanımları (FOTO)

Ötən gün keçirilən prezident seçkisindən sonra Türkiyədə prezidentlə yanaşı bu ölkənin birinci xanımı da dəyişiləcək.

Publika.az-ın məlumatına görə, 1923-cü ildə Türkiyə Cümhuriyyətinin qurulması ilə bu ölkədə 11 prezident və buna paralel olaraq 11 birinci xanım olub.

Bu prezidentlərdən kimi parlamentdə keçirilən səsvermə ilə, kimi də hərbi dövlət çevrilişi ilə Türkiyəyə rəhbərlik edib.

Ötən gün isə Türkiyədə ilk dəfə ümumxalq səsverməsi ilə prezident seçkisi olub. Bu seçkinin nəticəsinə görə, baş nazir Rəcəb Tayyib Ərdoğan Türkiyənin 12-ci, həmçinin xalq səsverməsi ilə seçilən ilk prezident olacaq.

Onun həyat yoldaşı Əminə Ərdoğan isə Türkiyə respublikasının 12-ci “first lady”si olacaq.


Türkiyə cümhuriyyətinin qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürkün həyat yoldaşı və ilk “first lady”si Lətifə xanım.


2-ci prezident İsmət İnönünün həyat yoldaşı və birinci xanım Mevhibə İnönü.


3-cü prezident Cəlal Bayarın həyat yoldaşı və birinci xanım Rəşidə Bayar.


4-cü prezident Camal Gürselin həyat yoldaşı və birinci xanım Məlahət Gürsel.


5-ci prezident Cövdət Sunayın həyat yoldaşı və birinci xanım Atıfet Sunay.


6-cı prezident Fəxri Korutürkün həyat yoldaşı və birinci xanım Əməl Korutürk.


7-ci prezident Kənan Evrenin Həyat yoldaşı və birinci xanım Səkinə Evren.


8-ci prezident Turqut Özalın həyat yoldaşı və birinci xanım Semra Özal.


9-cu prezident Süleyman Dəmirəlin həyat yoldaşı və birinci xanım Nəzmiyyə Dəmirəl.


10-cu prezident Əhməd Necdət Sezerin həyat yoldaşı və birinci xanım Semra Sezer.


11-ci prezident Abdullah Gülün həyat yoldaşı və birinci xanım Hayrunnisa Gül.


12-ci prezident Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı və yeni birinci xanım Əminə Ərdoğan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm