Mövsümün ən dəbdə olan pomada rəngləri - FOTOLAR
Bizi izləyin

Qadın

Mövsümün ən dəbdə olan pomada rəngləri - FOTOLAR

Şirniyyat əvəzinə şokolad rəngli dodaq boyalarından istifadə edin. Çünki şokolad tonları bu mövsüm xüsusi ilə aktualdır. Dünyanın peşəkar vitazijstləri də bunu təsdiqləyir.

Bəs şokolad rəngli dodaq boyasının hansı incəlikləri var?

Qırmızı, çəhrayı, mərcan rəngli pomadaların arasında şokolad çalarlarının unudulması ədalətsizlikdir. Amma gözəllik ustaları bu ədalətsizliyi 2014-cü ildə bərpa ediblər. Şokolad tonların üzü vizual baxımdan yaşlı göstərdiyini və yalnız ciddi obrazlara münasib olduğunu düşündüyü üçün çoxları şokolad tonlarını istifadə etməyə çəkinir. Məsələ burasındadır ki, belə deyil. Axı bunu Dior və Cushnie Et Ochs nümayişinin modelləri nazlı-qəmzəli, olduqca romantik görünürlər və heç də darıxdırıcı deyillər.

Bəs bunun sirri nədədir? “Avon” kosmetika şirkətinin tanınmış vizajisti Pavel Kulikov qəhvəyi tonların həmişə dəbdə olduğunu iddia edir. “Şokolad boyası mövsümdən asılı olaraq həmişə aktualdır. Sadəcə düzgün qammaları yadda saxlamağı bacarmalısan. Qəhvəyi və tutqun rəngli pomadalar payız, qış mövsümü üçün yaxşıdır. Tünd dərilər üçün qızılı və bürünc rənglər uyğundur.

Bu dadlı çaların daha bir mühüm qaydasına əməl etməlisən. Belə ki, seçdiyin pomada saç rəngi və dəriyə uyğun olmalıdır. Zeytun dərili qızlar bir qədər ehtiyatlı olmalıdır. Onlara ancaq qəhvəyi və solğun bej rəngləri yaraşır. Qarabuğdayılar da doymuş rənglərdən imtina etməlidir: onlara neytral və zoğalı tonlar yaraşır.

Fotoda: Puremoist, Color Riche , L'oreal Paris, Pupa, Clinique, M.A.C, Iredale Jane markalarının ən yaxşı qəhvəyi dodaq boyları verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm