Bleyzer tipli pencək nə ilə geyinilir? - FOTOLAR
Bizi izləyin

Qadın

Bleyzer tipli pencək nə ilə geyinilir? - FOTOLAR

Geyinməyə heç nə tapmayanda sıxıcı və darıxdırıcı anda bleyzer tipli pencəklər "superman" kimi köməyə gəlir. Həm gündəlik, həm də iş həyatının əvəzolunmazıdır. Bəs onları necə və nə ilə kombinasiya etməli?

Eleqant idman üslubu

İdman üslubunu eleqant göstərməyin ən birinci yolu, cins geyinməkdir. Ağ nazik köynəyi qara pencəklə kombinasiya edə bilərsiniz. Bir cüt idman ayaqqabısı və rəngli şallarla stilinizi tamamlaya bilərsiniz.

Ofis eleqantlığı

Xüsusən də rəsmi geyimək məcburiyyətində olan qadınların bleyzerlər ən yaxın dostudur. Dar şalvar, şifon köynək, bleyzer və bir cüt stiletto sizi hər zaman xilas edən parçalardır.

Dar şalvarları kloş yupka və ya əyninizə kip oturan paltarlarla əvəz edib, bleyzerlə da kombinasiya edə bilərsiniz.

Gündəlik stil

Gündəlik stilinizdə rəngli bleyzerlərə üstünlük verə bilərsiniz. Həmçinin başqa alternativlərə də yönələ bilərsiniz. Yırtıq cinslər, rəngli aksessuarlar, təsvirli şortiklərlə bleyzer pencəkləri tamamlaya bilərsiniz.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm