Qadın
8 Martda daha gözəl görünmək istəyənlər oxusunlar!
Qadınlar bayramında kişilərin boynuna böyük öhdəliklər düşür. Onlar həmin gün başqa vaxtlardakından fərqli davranmalı və kiçik bir hədiyyə ilə xanımların üzünü mütləq güldürməlidirlər.
Ancaq hər şeyi kişilərdən gözləmək də doğru deyil. Çünki insan öz-özünü xoşbəxt etməyi bacarmalıdır. Xoşbəxt olmağa isə həmişəkindən daha baxımlı və gözəl görünməklə başlamaq olar. Unutmayın ki, gözəl qadının özünə inamı, həyat sevgisi artır.
Bəs 8 Martda necə makiyaj etmək lazımdır? Uğurlu makiyaj üçün Publika.az-ın təqdim etdiyi tövsiyələrə diqqət yetirin.
Təbii makiyaj
8 Mart üçün ən zərif makiyaja “Prada” brendinin vizajistləri imza atıblar. Az makiyaj, mükəmməl dəri rəngi, diqqət cəlb etməyən dodaq boyası, yanaqlarda xəfif çəhrayılıq qadını möhtəşəm göstərir. Çünki dəri dincəlmiş, təzə və gənc görünür. Bu makiyaj toplanmış saç ilə daha yaxşı görünür.
Şaftalı çalarları
“Giorgio Armani”nin vizajistləri isə ilk baharda şaftalı çalarlarının qadını gözəl göstərdiyinə inanırlar. Qara tuşla kirpiklərinizi boyayın, qara qələmlə qaşlarınızı qalınlaşdırın, şaftalı tonlarında olan dodaq boyası və ənlik çəkin.
Parlaq rənglərdə dodaq boyası
Albalı rənginə boyanan dodaqlardan daha cazibədar nə ola bilər ki? Tuş və ya süni kirpiklə gözlərinizi ön plana çıxara bilərsiniz.
Hörümçək kirpiklər və bənövşəyi pomada
8 Mart üçün daha iddialı bir makiyaj axtarırsınızsa, məşhur vizajistlərin tövsiyə etdikləri tünd rəngli dodaq boyasına müraciət edə bilərsiniz. Yeni mövsümün hörümçək torunu xatırladan kirpikləri və bənövşəyi rəngli dodaq boyası sizi qüsursuz edəcək.
İkirəngli layner
Daha iddialı olmaq üçün ikirəngli layner dəbi ilə ayaqlaşa bilərsiniz. Əvvəlcə qara, daha sonra da ağ rəngli layneri çəkərək, bütün diqqətinizi gözlərinizə çəkin və günün dadını çıxarın.
Saç da makiyaj kimi stili tamamlayır və gözəlliyi vurğulayır. Təqdim etdiyimiz saç modellərindən birini seçərək bayramda daha gözəl və cazibədar görünə bilərsiniz.
-
Sosial15:20
Əməkhaqqı ilə bağlı mühüm dəyişiklik - İyulun 1-dək...
-
Rəsmi xronika14:41
Prezident və birinci xanım Şuşada
-
Dünya14:12
Cəlal Şəngördən şok iddia: Türkiyə bu ölkə ilə birləşəcək
-
Dünya13:52
20 ildən sonra ilk dəfə xəbərdarlıq edildi - Bu gün başlayır, çox təhlükəlidir...
-
İqtisadi gündəm13:27
Türkiyə gündəmi silkələndi: Ərdoğanın vəzifədən azad etdiyi xanım qayıdır
-
Hadisə12:42
Azərbaycanda iki tələbə faciəli şəkildə öldü
-
Nida Xəbər 11:46
Baqrat impiçment başlatdı: Nikol gedir, yoxsa...
-
Ekologiya11:31
Bu ölkə böyük təhlükə ilə üz-üzədir: qarşısı alınmasa...