• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Kişilərə mənasız görünən qadın məntiqi

  • Qadın
  • 6 Mart 2014 15:30
  • 942 Baxış
Kişilərə mənasız görünən qadın məntiqi

Qadınların normal hesab etdiyi, bəlkə də xoşuna gələn bəzi şeylər kişilər tərəfindən qəbul edilmir. Kişilərin mənasız hesab etdiyi qadın məntiqinə görə isə vazkeçilməz olan əşyalar bunlardır:

Uzun və bol çəkmələr - Siz istədiyiniz qədər dəbdə olduğunu desəniz də, kişilər bu cür çəkmələrin nənənizdən qaldığını düşünür.

Bəzəkli güzgülər - Divara gözəl bir tablo əvəzinə günəş motivli güzgü asmaq kişilərə qəribə gəlir...

Böyük zərgərlik işləri - Zinət əşyalarına olan marağınızı başa düşə, hörmət edə bilərlər. Amma qulaqdan sallanın iri zinət əşyalarının, aksessuarların nəyə lazım olduğunu başa düşə bilmir və sevmirlər.

Bəzəkli yastıqlar - Əl vurmağa icazə vermədiyiniz bəzəkli yastıqların nə işə yaradığını anlamırlar.

Bol geyimlər - Həm kartof torbasına bənzəyən geyimlər alır, həm də onların kişilər tərəfindən cəzb edici qəbul olunmasını istəyirsiniz. Bir-biri ilə heç uyğun gəlmir.

Dar cinslər - Onların fikrincə dar cinslər ən arıq qızları belə vəhşi varlıqlara çevirir.

Dodaq üstündəki tükləri ağardan krem - Bunlar tükləri ağarda bilər, amma görünməz ki, etmir!

Uzun corablar - Dar lasinlərin üzərindən geyinilən yun və uzun corabları sevmirlər. Lasinlərin üzərindən yun və dizə qədər uzanan corabları geyinib, 10 yaşında qız uşağı kimi görünmək istədiyinizi heç cürə başa düşə bilmirlər.

Tanketka ayaqqabılar - Heç kimi aldada bilməzsiniz, boyunuz o qədər də uzun deyil.

Miniatür çantalar - Onlar sizin başqa əşyalarınızı gəzdirmək istəmirlər. Heç bir işə yaramayan çantanı almağınızın səbibi tapa bilmirlər.

Kirpik buran - Kişilərin nəzəriyyəsinə görə, kirpik buran keçmişdən qalma işgəncə alətidir. Həm də kirpiklərinizdə ciddi dəyişiklik baş vermir.

Vizit kartı, təşəkkür məktubu və.s - İllərdir üzünü açıb baxmadığınız bu kartları və kağızları saxladığınıza əsəbiləşirlər.

Dəri rəngində olan alt paltarı - Ağ yay paltarlarının altına bu rəngi seçməyinizi başa düşə bilərlər. Lakin sizi bu rəngli alt paltarında görəndə hərəkət edən cansız makikenlərə bənzədirlər.

Qab-qacaq - Hər qab-qacağın özünün istifadə məqsədi var. Amma kişilərdən onların mənalarını bilməsini gözləməyin.

Ayaq kremi - Əlinizə və ya üzünüzə çəkdiyiniz kremlərin, ayaq krem ilə nə kimi fərqi var ki?

Bax kişilər qadınların bu cür şıltaqlıqlarını dərk edə bilmirlər...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR