AMEA saytlarının monitorinqi keşiriləcək
Bizi izləyin

Qırmızı.az

AMEA saytlarının monitorinqi keşiriləcək

İnformasiya Texnologiyaları İnstitutu Azərbaycanda formalaşan e-elm mühiti çərçivəsində AMEA-nın veb-infrastrukturunun və onun əhatə etdiyi veb-saytların monitorinqini həyata keçirəcək.

Publika.az xəbər verir ki, bu barədə qərar AMEA Rəyasət Heyətinin bugünkü iclasında qəbul edilib.

Həmçinin AMEA-nın veb-saytlarına elmi-metodiki rəhbərliyin həyata keçirilməsi və bu istiqamətdə müvafiq seminarların təşkili təmin edilməlidir. AMEA-nın elmi müəssisə və təşkilat rəhbərlərinə veb-saytların informasiya təminatının aktual vəziyyətdə saxlanılması, proqram təminatı və dizaynının müasir tələblərə uyğunlaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilməsi tapşırılıb.

Rəyasət Heyətinin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrasını təmin etmək məqsədilə Rəyasət Heyətinin nəzdində Komissiya yaradılılıb. Komissiyanın sədri AMEA-nın prezidenti, akademik Akif Əlizadə, sədr müavinləri Dövlət müşaviri, akademik Kamal Abdullayev və AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli təsdiq olunub. Həmçinin, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev, AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli, Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev, BDU-nun İlahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev, AMEA-nın müxbir üzv Möhsün Nağısoylu, filologiya üzrə elmlər doktoru Sayalı Sadıqova, filologiya üzrə fəlsəfə doktoru Baba Məhərrəmli Komissiyanın üzvü seçiliblər. Qərara əsasən Dövlət Proqramının icrası istiqamətində fəaliyyət qənaətbəxş hesab edilib.


Sonra AMEA-nın akademik katibi, akademik Rasim Əliquliyev elmi müəssisə və təşkilatlarının veb-saytlarının monitorinqi haqqında danışıb. Qeyd edib ki, son illər Azərbaycanda informasiya cəmiyyətinin uğurla formalaşması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Vurğulayıb ki, ölkə başçısının müvafiq sərəncamları ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2009–2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” və “Azərbaycan Respublikasında 2009–2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”, həmçinin “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” və “Milli Strategiyanın icrası üzrə Dövlət Proqramını” elmi fəaliyyətin müasir İKT əsasında yenidən qurulması və inkişaf etdirilməsini mühüm vəzifə kimi qarşıya qoyub. Bu məsələlərin həlli istiqamətində veb-resursların xüsusi əhəmiyyətə malik olduğunu deyən akademik aparılan ilkin araşdırmalar nəticəsində AMEA-nın elmi müəssisələrinə məxsus veb-saytların bəzilərinin dizayn, proqram təminatı, informasiyanın dolğunluğu və aktuallığı baxımından müasir tələblərə cavab vermədiyini qeyd edib.


Növbəti qərarlarla akademik Kamal Abdullayev Humanitar Elmlər Bölməsinin Büro üzvlüyünə daxil edilib. Həmçinin, Fiziologiya İnstitutunun yeni strukturu və Zoologiya İnstitutunun Elmi şurasının yeni tərkibinin təsdiq edilməsi, Zoologiya İnstitutunun 80 illik və AMEA-nın müxbir üzvü Namiq Əliyevin 75 illik yubileyinin keçirilməsi haqqında qərar qəbul olunub.


Sonda kadr məsələləri müzakirə olunub. Turan Rəhimova AMEA Rəyasət Heyətinin qərarı ilə aparatın İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin Mətbuat orqanları şöbəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm