Turist avtobusu qəzaya uğradı - 1 ölü, 17 yaralı
Bizi izləyin

Qırmızı.az

Turist avtobusu qəzaya uğradı - 1 ölü, 17 yaralı

İspaniyanın Qran – Kanariya adasında isveçrəli turistləri aparan avtobus qəzaya uğrayıb.

Teleqraf.com-un BBC-yə istinadən verdiyi məlumata görə, qəzaya səbəb yüksək sürətlə hərəkət edən avtobusun dönmə əməliyyatını düzgün yerinə yetirməməsi olub.

Avtobus qəzası nəticəsində bir nəfər ölüb, daha 17 nəfər isə yaralanıb. Yaralılardan yeddisinin vəziyyəti ağır olaraq qiymətləndirilir. Onlar adada olan müxtəlif xəstəxanalara yerləşdiriliblər.

Hazırda İspaniya polisi hadisə ilə bağlı araşdırmalara başlayıb. İlkin məlumatlara görə, qəza avtobusun əyləc sistemində olan texniki problemlə bağlı ola bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm