7 ayda 17-dən artıq qadın zorakılıq qurbanı olub
Bizi izləyin

Qırmızı.az

7 ayda 17-dən artıq qadın zorakılıq qurbanı olub

Bu ilin 7 ayı ərzində “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinə 1741 müraciət daxil olub. Müraciət edənlərdən 4-ü insan alveri qurbanı, 1517 nəfəri potensial qurbanlar, 148 nəfəri məişət zorakılığının qurbanıdır.

Bu barədə Publika.az-a “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyindən məlumat verilib.

Birliyin sığınacağına 72 nəfər yerləşdirilib ki, onlardan da 12 nəfəri uşaqlar olub. Bundan başqa, birliyə hüquqi yardım üçün 445 nəfər müraciət edib.

“Qaynar xətt” vasitəsilə məsləhət üçün müraciət edənlərin sayı 735 nəfər təşkil edib. 289 nəfərə psixoloji yardım göstərilib. Tibbi yardım üçün təşkilata müraciət edənlərin sayı yüksək olub - 824 nəfər. Onlardan 4 nəfəri əməliyyat etdirilib, 6 nəfəri 7 saylı qadın məsləhətxanası, 9 nəfəri dəri-zöhrəvi dispanser, 4 nəfəri doğuş, 11 nəfər ümumi müayinə, 702-i nəfəri QİÇS-lə Mübarizə Mərkəzinə qan analizlərinə, 100 nəfəri ginekoloqa istiqamətləndirilib.

Təşkilat müraciətlərlə bağlı Mirqasımov adına Respublika Klinik Xəstəxanası, 7 saylı qadın məsləhətxanası, Vərəm Dispanseri, 5 saylı xəstəxana, Kliniki Tibbi Mərkəzlə ilə əməkdaşlıq edir. Hesabat dövründə 6 nəfər işlə təmin edilib, 3 nəfər peşə bacarıqları üzrə kurlsara istiqamətləndirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm