Qırmızı.az
Ünvanlı yardımda plastik kart dövrü - QƏRAR
“Ünvanlı sosial yardım ödənişi üçün plastik kartlar yeniləri ilə əvəz olunacaq”.
Bunu öz Feysbuk səhifəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayev bildirib.
E.Babayev deyib ki, nazirlik tərəfindən ünvanlı sosial yardımın bankomatlar vasitəsilə alınması üçün verilmiş bütün plastik ödəniş kartlarının yeniləri ilə əvəz olunması nəzərdə tutulur.
Bu tədbir ünvanlı dövlət sosial yardımlarının təyinatı və ödənişi sistemində neqativ halların aradan qaldırılması və şəffaflığın təminatı istiqamətində aparılan islahat tədbirlərinin davamı olaraq həyata keçiriləcək.
Nazirlikdən bildirdilər ki, yeni plastik kartların sifariş olunması üçün nazirlik yaxın vaxtlarda satınalmalar haqqında qanunvericiliyin tələblərinə uyğun şəkildə bank müəssisələri arasında müvafiq qaydada açıq tender keçirəcək.
Tenderin şərtlərinə uyğun olaraq hazırlanmış yeni plastik ödəniş kartları ünvanlı yardım təyinatı aparılmış vətəndaşlara bank müəssisələri tərəfindən şəxsən təqdim ediləcək.
Bu tədbir əvvəllər mövcud olmuş çatışmazlıqların aradan qaldırılmasına, təyin olunmuş yardımı almaq üçün verilən plastik kartların məhz aztəminatlı ailələrin özlərində olmasına gətirib çıxaracaq.
Qeyd edək ki, hazırda 135 min ailəyə ünvanlı dövlət sosial yardımı ödənilir. Ünvanlı sosial yardım alan ailələrin siyahısı nazirliyin rəsmi internet saytının ön səhifəsində yerləşdirilib.
-
İqtisadi gündəm13:27
Türkiyə gündəmi silkələndi: Ərdoğanın vəzifədən azad etdiyi xanım qayıdır
-
Hadisə12:42
Azərbaycanda iki tələbə faciəli şəkildə öldü
-
Region12:07
Etirazçılar Paşinyanın yerinə kimi gətirir? - Baqrat açıqladı
-
Nida Xəbər 11:46
Baqrat impiçment başlatdı: Nikol gedir, yoxsa...
-
Ekologiya11:31
Bu ölkə böyük təhlükə ilə üz-üzədir: qarşısı alınmasa...
-
Nida Xəbər 11:00
Binəqədidə Ulu Öndərə həsr olunmuş tədbir keçirildi - FOTO
-
Region10:23
İrandan bu güzəştləri tələb edirlər, əks halda müharibəyə cəlb olunacaq - Rəisidən etiraf
-
Region09:36
Paşinyana qarşı üsyanda Köçəryan izi: Ayağında “problem” olan keşiş oteldə tapıldı - FOTO