DGK: Sərhəddəki problem aradan qaldırılıb
Bizi izləyin

Qırmızı.az

DGK: Sərhəddəki problem aradan qaldırılıb

Son iki gündə Azərbaycanın Rusiya ilə sərhədində yerləşən Xaçmaz Gömrük İdarəsinin "SAMUR" gömrük buraxılış məntəqəsindən keçən avtomobillərin Rusiya ərazisinə daxil ola bilməməsi nəticəsində üzərində yerləşən körpünün Rusiya hissəsində avtomobil yığılmış və tıxac yaranıb.

Dövlət Gömrük Komitəsindən Publika.az-a verilən məlumata görə, Azərbaycan-Rusiya sərhədində tıxacın yaranması sərhədin Rusiya hissəsindəki Yaraq-Qazmalar gömrük buraxılış məntəqəsinin kompüter şəbəkəsində baş verən texniki problemlə əlaqədar olub. Hazırda problem aradan qaldırılıb və avtomobillərin Rusiya ərazisinə keçidi tam təmin edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm