Saxta məktəbli forması aşkarlandı - XƏBƏRDARLIQ
Bizi izləyin

Qırmızı.az

Saxta məktəbli forması aşkarlandı - XƏBƏRDARLIQ

Bakı şəhərində saxta məktəbli formaları istehsal edən müəssisə aşkar edilib.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Publika.az-a verilən məlumata görə, komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinə daxil olan məlumatlar əsasında Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mustafa Vəkilov küçəsi ev 2 ünvanında yerləşən fiziki şəxs Abbasova İradə Əli qızına məxsus məktəbli formalarının tikişi ilə məşğul olan müəssisədə dövlət nəzarəti həyata keçirilib.

Araşdırma zamanı məlum olub ki, “Uluxanlı” nişanı ilə istehsal olunan geyimlər təhlükəsizlik və keyfiyyət təsdiq edən sənədlər olmadan satışa çıxarılır. Belə ki, istehsal texnoloji təlimat olmadan həyata keçirilir, istismar olunan ölçmə vasitələri müqayisəli dövlət yoxlamasından keçməyib. Müəssisə laboratoriya ilə də təmin olunmayıb və hər hansı bir akkreditasiya olunmuş laboratoriya ilə müqaviləsi yoxdur. Müəssisə həmçinin keyfiyyət və təhlükəsizlik göstəricisi olan uyğunluq sertifikatı ilə də təmin olunmayıb. Müəssisədə "Bakı Tikiş Evi" MMC yə məxsus "BTE" əmtəə nişanından istifadə edilərək saxta məktəbli formalarının istehsal olunduğu müəyyən edilib.

Faktla bağlı araşdırma davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm