İlham Zəkiyevə xüsusi “Quran” hədiyyə edildi - FOTO
Bizi izləyin

Qırmızı.az

İlham Zəkiyevə xüsusi “Quran” hədiyyə edildi - FOTO

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Azərbaycanın paralimpiyaçı cüdoçusu, ikiqat Paralimpiya, beşqat Avropa və dünya çempionu, I Avropa Oyunlarının qızıl medalçısı İlham Zəkiyevlə görüşüb.

Komitənin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Azərbaycanda keçirilən I Avropa Oyunlarının xalqımız üçün qürurverici hadisə olduğunu, Azərbaycanın sözün həqiqi mənasında Avropa Oyunlarının standartlarını müəyyənləşdirdiyini deyən Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı mötəbər yarışla bir daha dünyaya gücümüzü göstərdiyimizi bildirib. Komitə sədri qeyd edib ki, İlham Zəkiyevin həm döyüşçü, həm də idmançı kimi keçdiyi şərəfli yol hər bir gənc üçün nümunə və qürur mənbəyidir.

M. Qurbanlı İlham Zəkiyevə prezident İlham Əliyevin göstərişinə əsasən dini kitabların çapı üçün ayrılmış vəsait hesabına Azərbaycanda ilk dəfə gözdən əlil insanlar üçün brayl əlifbası ilə nəşr edilən “Qurani-Kərim” hədiyyə edib və idmançıya 2016-cı ildə Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Paralimpiya Oyunlarında uğurlar arzulayıb.

İlham Zəkiyev diqqətə və hədiyyəyə görə təşəkkürünü bildirib. O, qeyd edib ki, brayl əlifbası ilə nəşr olunmuş Qurani-Kərim onun aldığı ən qiymətli hədiyyələrdən biridir. İlham Zəkiyev növbəti Olimpiya Oyunlarına hazırlaşdığını və Azərbaycan bayrağını ucaltmaqdan şərəf duyduğunu deyib.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm