Göygöl Milli Parkına internet çəkildi
Bizi izləyin

Qırmızı.az

Göygöl Milli Parkına internet çəkildi

Göygöl Milli Parkının inzibati binası Toğanalı kənd EATS-dən çəkilən telefonla və internetlə təmin edilib.

Publika.az-ın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, bu barədə Göygöl Telekommunikasiya Qovşağının rəisi Vaqif Mirzəyev məlumat verib.

Onun sözlərinə görə, rayon ərazisində telefon və internet xidmətlərinin ən yüksək tələblər səviyyəsində təmin edilməsi üçün tədbirlər davam etdirilir. Artıq “585” şəhər telefon abunəçilərinin sayında da artım var.

Gələcəkdə Göygöl ərazisində GSM tipli taksofonların qurulması nəzərdə tutulur ki, bu da turistlərin və rayon sakinlərinin telefon və internet xidmətlərinə olan tələbatını tamamilə ödəyəcək. V.Mirzəyev bildirib ki, rayonun digər ərazilərində də telefon və internet xidmətləri təmin edilir. Göygöl qoruğuna yaxın Toğanalı kəndində 128 nömrə tutumlu EATS və 48 internet portu qurulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm