“Turizm haqqında” yeni qanun layihəsi hazırlanıb
Bizi izləyin

Qırmızı.az

“Turizm haqqında” yeni qanun layihəsi hazırlanıb

Mədəniyyət və Turizm Nazirliyi turizm sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi üçün “Turizm haqqında” yeni qanun layihəsi hazırlayıb. Ümumdünya Turizm Təşkilatının və Avropa İttifaqının “Tvininq” layihəsinin ekspertlərinin təklif və tövsiyələrinin yer aldığı layihədə müasir turizm sənayesinin daha effektli idarə olunması üçün mühüm institusional, tənzimləyici yeniliklər və qabaqcıl təcrübələr öz əksini tapıb.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, qanun layihəsində institusional yeniliklər kimi, turizm və rekreasiya zonalarının, turizm bürolarının, sosial turizm komissiyalarının, dövlət mülkiyyətində olmayan turizm informasiya mərkəzlərinin və turizm informasiya-biznes mərkəzlərinin yaradılması, elmi tədqiqatların aparılması üçün müvafiq qurumların təsis edilməsi və s. müddəalar yer alıb.

Həmçinin tənzimləyici yeniliklər kimi, turizm sahəsində qanunvericilik maddəsinin genişləndirilməsi, korporativ idarəetmə standartlarının hazırlanması və onların turizm sahəsində dövlət tənzimləməsinin əsas prinsiplərdən biri kimi müəyyən edilməsi, dövlət turizm reyestrinin yaradılması və aparılması, turizm sahəsində fəaliyyət və xidmət növlərinin yeni təsnifatının nəzərdə tutulması, turizm və yerləşdirmə fəaliyyətinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsi, turizm sahəsində bağlanan əqdlərin təsnifatının verilməsi, turizm təhlükəsizliyi konsepsiyasının hazırlanması və həyata keçirilməsi və s. müddəalar əks olunub.

Qeyd olunan qanunun tətbiqi Azərbaycanın turizm potensialının daha da inkişaf etdirilməsi, turizm sahəsində biznes proseslərinin səmərəli idarə olunması, dövlət tərəfindən turizm fəaliyyətinin tənzimlənməsi və turizm sənayesinə verilən dəstəyin artırılmasında geniş imkanlar yaradacaq. Hazırda qanun layihəsi aidiyyəti qurumlarla razılıq mərhələsindədir.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm