Cəbhəyanı bölgədə yeni dağ hazırlığı təlim mərkəzi yaradıldı - FOTO
Bizi izləyin

Qırmızı.az

Cəbhəyanı bölgədə yeni dağ hazırlığı təlim mərkəzi yaradıldı - FOTO

Müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhəboyu zonada yerləşən ərazidə inşa edilən yeni dağ hazırlığı təlim mərkəzinin açılışını edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, mərkəzin infrastrukturu ilə tanış olan nazir ərazidə yaradılan hərbi topoqrafiya, mühəndis, atış, idman şəhərcikləri, minaatanlardan və atıcı silahlardan praktiki atəşlərin yerinə yetirilməsi, dağ taktiki təlimi, dağlıq şəraitdə sağqalma, qayalara dırmanma, su maneələrini qət etmə və digər sahələrə baxış keçirib.

Çətin və yüksək dağlıq şəraitində yerləşən hərbi hissələrin şəxsi heyətinin peşəkar hazırlığının yüksəldilməsi məqsədilə döyüş hazırlığı planına əsasən mərkəzdə ixtisaslı təlimatçılar tərəfindən döyüş şəraitinə tam uyğunlaşdırılıb, relyefin tələblərinə cavab verən təlim məşqləri həyata keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm