Bakıda ən çox sıxlıq olan küçələr açıqlandı
Bizi izləyin

Qırmızı.az

Bakıda ən çox sıxlıq olan küçələr açıqlandı

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) ötən ay ən çox sıxlıq olan küçələri açıqlayıb.

NİİM-in mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızının Publika.az-a bildirdiyinə görə, nəqliyyatın ən sıx olduğu küçə Akademik Həsən Əliyev küçəsidir. Bu yol dar olduğundan avtomobillərin hərəkətində çətinlik yaranır.

“Yay mövsümü olduğundan ötən ay paytaxtda avtomobillərin sayı az olub və o qədər də böyük tıxaclar qeydə alınmayıb. Demək olar ki, xəritələr tamamilə yaşıl idi. Amma bir neçə küçə var ki, burada günün pik saatlarında sıxlıq müşahidə olunur. Bunlar Akademik Həsən Əliyev, Üzeyir Hacıbəyli, Rəşid Behbudov, Zərifə Əliyeva küçələri və Azadlıq prospektidir”.

Ş. Mehmanqızının sözlərinə görə, ən çox sıxlıq günün axşam saatlarında müşahidə olunur.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm