31 dərəcə isti olacaq - PROQNOZ
Bizi izləyin

Qırmızı.az

31 dərəcə isti olacaq - PROQNOZ

Bazar günü Bakıda hava mülayim olacaq.

Publika.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən məlumatına görə, sentyabrın 20-də yarımadasında havanın dəyişkən buludlu olacağı, səhər və axşam arabir tutulacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 18-22, gündüz 25-29, Bakıda isə gecə 18-20, gündüz 27-29 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sentyabrın 20-də səhər ayrı-ayrı yerlərdə duman olacağı ehtimalı var, Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Rayonlarda havanın temperaturu gecə 14-19, gündüz 26-31, dağlarda gecə 9-14, gündüz 19-24 dərəcə isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm