Yanlış məlumat paylaşan şəxs “Azərbaycan Dəmir Yolları”ndan üzr istədi
Bizi izləyin

Qırmızı.az

Yanlış məlumat paylaşan şəxs “Azərbaycan Dəmir Yolları”ndan üzr istədi

“Facebook sosial şəbəkədə yanlış məlumat paylaşan Asif Niftəliyev “Azərbaycan Dəmir Yolları” QSC-dən üzr istəyib”.

Bu haqda Modern.az-a “Azərbaycan Dəmir Yolları”Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.

Məlum olduğu kimi, sosial şəbəkələrdə “Yolu səhv saldı, Siyəzənə getdik...” başlıqlı yazı geniş müzakirələrə səbəb olub. Elə bu səbəbdən də yazı müəllifi Asif Niftəliyev “Azərbaycan Dəmir Yolları” QSC-yə dəvət olundu: “Ona Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət xətti barədə ətraflı məlumat verildi”.

Asif Niftəliyev səhvini anlayıb, elektrik qatarının həqiqətən də Sumqayıt sərnişin stansiyasına getdiyinə əmin oldu və öz statusunda bunu etiraf edib:

“23.09.2015 tarixində məni 19.09.2015 tarixində Bakı-Sumqayıt qatarı haqqında paylaşdığım statusla əlaqədar “Azərbaycan Dəmir Yolları” QSC dəvət elədilər və həmin gün qatarın getdiyi güzərgahı bütün təfərrüatı ilə göstərdilər və mənə aydın oldu ki, mənim Siyəzən sandığım stansiya əslində Sumqayıt Baş Stansiyası olub.

Orda qatarın 15 dəqiqə dayanmağının səbəbini maşinistin yer dəyişməsi üçün keçən müddət olduğunu bildirdilər. Bundan sonra isə qatar Sumqayıt sərnişin stansiyasına gəlib. Buna görə “Azərbaycan Dəmir Yolları” QSC-dən üzr istəyirəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm