Hacılarımızın daha bir qrupu Bakıya qayıdır
Bizi izləyin

Qırmızı.az

Hacılarımızın daha bir qrupu Bakıya qayıdır

Azərbaycanlı hacıların daha bir qrupu bu saatlarda Səudiyyə Ərəbistanından Bakıya yola düşüb.

Bunu Publika.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidməti rəhbəri Rəhimə Dadaşova bildirib.

Onun sözlərinə görə, hacıların səhhətində problem yoxdur. O qeyd edib ki, gecikmələr olduğu üçün hacılarımızın üçüncü qrupunun Bakıya nə vaxt yola düşəcəyi dəqiq məlum deyil.

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə 2400 zəvvar yollanıb. Onlardan üçü dünyasını dəyişib. Hacılarımızın ilk qrupu dünən gecə saatlarında Bakıya dönüb.


Rübabə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm