Qənirə Paşayevaya Türkiyədə mükafata layiq görülüb
Bizi izləyin

Qırmızı.az

Qənirə Paşayevaya Türkiyədə mükafata layiq görülüb

Siyasətdə, vətəndaş cəmiyyətində və biznesdə aktiv və güclü qadınları mükafatlandıran "4-cü ANGİAD Kadın Platformu"nun tədbirinə Türkiyə, türk dünyası və müsəlman ölkələrindən bir sıra ictimai-siyasi xadimlər, iş qadınları, qeyri-hökumət və KİV nümayəndələri qatılıb.

Publika.Az-ın məlumatına görə, ANGİAD İdarə Heyətinin sədri Fatma Semiz qadınların siyasi, sosial və iqtisadi statusunun güclənməsinin, demokratik inkişafın və toplumsal rifah səviyyəsinin göstəricilərindən biri olduğunu vurğulayıb.

O, dünyanın ən böyük iqtisadiyyatları arasında yer almağı hədəfləyən Türkiyədə toplumsal cinsi bərabərliyin önəminə diqqət çəkib. Semiz dünyada qadınların hər sahədə iştirakının son on ildə önəmli şəkildə artdığını deməklə bərabər bunun yetərli olmadığını, hər sahədə qadın və kişilərə bərabər imkanların yaradılmasının vacibliyindən danışıb.

Millət vəkili, Avrasiya Beynəlxaql Araşdırmalar İnstutu İctimai Birliyinin sədri Qənirə Paşayeva mərasimdə çıxışı zamanı deyib ki, bu mükafatı “Gözəl ölkəm Azərbaycan, gözəl xalqım, şəhidlərimiz və ölkəmizin inkişafı üçün çalışan bütün qadınlarımız adına alıram”. Mərasimdə çıxış edən millət vəkili bu ödülün onun üçün çox böyük dəyər daşıdığını söyləyib və təşkilatçılara təşəkkür edib. “Gözəl Azərbaycan və Azərbaycan xalqının dünyanın bir çox yerlərindən bu mərasimə qatılmış bütün bacı-qardaşlarımıza salam və sevgilərini çatdırıram, ” – deyən Q. Paşayeva bildirib ki, o, bu mükafatı duyğu, düşüncə və əməlləri ilə türk gəncliyinə böyük örnək olan, yol göstərən Türk dünyasının böyük dövlət adamlarını, liderlərini, aydınlarını rəhmət və sayğı ilə anaraq, onların ruhları qarşısında baş əyərək alır. Türk dünyasının böyük liderlərindən olan Mustafa Kamal Atatürk "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" deyib. Azərbaycanın umummilli lideri Heydər Əliyev isə "Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir" deyib. Azərbaycanı Türkiyədən ayırmayaraq bu tədbirdə görmək istəyən ANGİAD-a və onun bütün çalışanlarına təşəkkür edirəm. Mən inanıram ki, Azərbaycan və Türkiyə qadınları bundan sonra cəmiyyətin və dövlətlərimizin bütün sahələrində daha da fəal olmaqla ölkələrimizin inkişafı ilə bərabər, birliyimiz, bərabərliyimizin güclənməsi istiqamətində də daha çox işlər görəcəklər".

Millət vəkili bildirib ki, qadın haqları sahəsində problemlərin tək qadınların deyil, bütün cəmiyyətin problemi olması düşüncəsi dünyanın əksər bölgələrində təəssüf ki, hələ də istənilən səviyyədə deyil. Təcrübələr göstərir ki, hansı ölkələrdə qadınların dövlətin və cəmiyyətin idarə olunmasından başlayaraq həyatın bütün sahələrində kişilərlə bərabərliyinin təmin olunması istiqamətində ciddi işlər görülür, orada daha çox uğurlar var. Q.Paşayeva Azərbaycanda bu istiqamətdə həyata keçirilən dövlət siyasəti, əldə edilən uğurlar və öz həllini gözləyən məsələlər barədə məlumatlar verib.

O deyib ki, gender bərabərliyi, qadınların dövlətin və cəmiyyətin idarə olunmasında rolunun artırılması, qadınlara qarşı bütün növ zorakılıq hallarına qarşı kəskin mübarizə aparılması dövlətin prioritetləri sırasındadır. Qızların təhsili məsələsinə çıxışında xüsusi toxunan millət vəkili "savadlı cəmiyyət savadlı anadan keçir" deyib. Millət vəkili qızların və qadınların cəmiyyətin bütün sahələrində fəallığının artırılması istiqamətində fəal xanımların üzərinə böyük məsuliyyət düşdüyünü deyib və onları gənc qızların cəmiyyətdə daha da fəallaşmasına dəstəklərini daha da artırmağa çağırıb. O qızları özlərinə güvənməyə və arzularının arxasınca getməyə çağırıb.

Bir sıra çıxışçılardan sonra AK Parti Ankara millət vəkili Tülay Selamoğlu, MHP sədrinin müaviniı, millət vəkili Zuhal Topçu, Ankara meri Melih Gökçekin xanımı Nevin Gökçek, Azərbaycan millət vəkili Qənirə Paşayeva, Mərakeşin kral sülaləsinin üzvü Lalla Omnia El Hassani Sbai, Sosial Təminat İdarəsi sədri Yadigar Gökalp İlhan, idamnçı Gizem Girişmen, yazıçı Cemalnur Sargut, "AYİŞA" məcmuəsinin sahibi Pınar Küçükşabanoğlu, aktyor Pelin Karahan, aparıcı Saba Tümerin də olduğu bir sıra qadına ödüllər təqdim olunub.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm