Nazirlik “Çiçəklənən meşələr” kampaniyasına başlayıb
Bizi izləyin

Qırmızı.az

Nazirlik “Çiçəklənən meşələr” kampaniyasına başlayıb

Nazirlik “Çiçəklənən meşələr” kampaniyasına başlayıb

Arıçılığın gələcək inkişafına təkan vermək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaz əkini ərəfəsində “Çiçəklənən meşələr” kampaniyasına start verilib.

Publika.Az-ın məlumatına görə, bu günədək kampaniya çərçivəsində cənub bölgəsində arıçılığın gələcək inkişafını təmin etmək üçün Astara, Lənkəran, Lerik və Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisələrinin ərazisində akasiya cinsindən olan 28700 ədəd ağac əkilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bölgələrdə vətəndaşların qəbulu ilə bağlı tapşırıq və tövsiyələrinin icrasına uyğun olaraq 31 yanvar 2014-cü il tarixində Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırovun Masallı şəhərində vətəndaşlarla görüşü zamanı arıçılıq təsərrüfat fəaliyyəti ilə məşğul olan Astara rayonu, Miki kənd sakini Mürsəl Kəkəyev meşə əkinlərinin salınmasında arıçılığın inkişafına kömək edəcək ağaclardan istifadə olunmasını xahiş edib.

Astara sakininin müraciətindən dərhal sonra ETSN tərəfindən “Çiçəklənən meşələr” kampaniyasına start verilib və Astara MMBM-in Təngərüd meşəbəyliyinin 9 saylı dolayının 67-ci kvartalında - M.Kəkəyevin arıçılıq fəaliyyəti ilə məşğul olduğu ərazinin yaxınlığında 4 hektar sahədə onun ailə üzvlərinin də iştirakı ilə 4400 ədəd ağ akasiya tingləri əkilib.

“Çiçəklənən meşələr” kampaniyası daha sonra cənub bölgəsinin digər rayonlarını da əhatə edib. Belə ki, 2014-cü ilin yaz əkin kampaniyasında Astara MMBM-in daha 10 hektar sahəsində 11000 ədəd, Lənkəran MMBM-in 3 hektar sahəsində 8000 ədəd, Lerik MMBM-in 2 hektar sahəsində 3300 ədəd və Masallı MMBM-in 2 hektar sahəsində 2000 ədəd ağac salınıb.

“Çiçəklənən meşələr” kampaniyası zamanı cənub bölgəsində, ümumilikdə 21 hektar sahədə 28700 ədəd ağ akasiya və Lənkəran akasiyası əkilib.

Qeyd edək ki, ETSN tərəfindən həyata keçirilmiş kampaniyanı təqdir edən Astara rayonu, Miki kənd sakini M.Kəkəyev 14 mart 2014-cü il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə teleqram vuraraq ərazidə arıçılığın inkişafına kömək edəcək əkinlərin salınmasında göstərilən diqqətə görə minnətdarlığını bildirib.

Hazırda “Çiçəklənən meşələr” və yaz əkini kampaniyası Respublikanın digər bölgələrində də davam etdirir.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm