Masallıda yanğın
Bizi izləyin

Qırmızı.az

Masallıda yanğın

Masallıda yanğın

Bu gün 15:30 radələrində Masallı bələdiyyəsinin Dadva ərazisində şəxsi evlərə məxsus həyətyanı sahədə yanğın hadisəsi baş verib. Yanğının baş verməsinə səbəb ərazidə əsən güclü külək olub.

Ekologiya Təbii Sərvətlər Nazirliyindən Publika.Az-a verilən məlumata görə, əraziyə Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları, eləcə də yerli ictimaiyyət cəlb edilib və onların səyi nəticəsində yanğın qısa müddətdə lokallaşdırılıb, yanğının genişlənərək meşə sahəsinə yayılmasının qarşısı alınıb.

Ümumilikdə, 0,2 hektar ərazini əhatə edən yanğın artıq söndürülüb və meşə fondu torpaqlarına keçməyib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi meşə və yaşıllıqlarımızı qoruyub saxlamaq üçün əhalini bir daha odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm