Aeroport yolunun bir hissəsi bağlanacaq
Bizi izləyin

Qırmızı.az

Aeroport yolunun bir hissəsi bağlanacaq

Yollarda aparılan işlərlə əlaqədar Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq.

Bu barədə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib. Onun sözlərinə görə, yol cizgiləri və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 11:00-dan 18:00-a qədər nəqliyyat vasitələrinin hərəkəti Böyükşor - Hava limanı avtomobil yolunun Heydər Əliyev adına Hava limanından "Buta Palace"a qədər olan hissəsində qismən (2 zolaq), "Buta Palace"dan Sabunçu yol qovşağına qədər olan hissəsində isə tam məhdudlaşdırılacaqdır. /Trend

Oxumağa davam et
Reklam
Reklam

Gündəm