Qubada mütəşəkkil dəstənin üzvləri saxlanıb
Bizi izləyin

Qırmızı.az

Qubada mütəşəkkil dəstənin üzvləri saxlanıb

Qubada mütəşəkkil dəstənin üzvləri saxlanıb

Quba polisi rayonun müxtəlif kəndlərində sürücülərə qənim kəsilmiş gənclərdən ibarət mütəşəkkil dəstəsini saxlayıb.Dəstə üzvləri Bilal Muradov, Rəsul Xudaverdiyev, Cəmil Əliyev və Cəmil Əzizov Qubanın Alekseyevka kənd sakinləridir.

Bu barədə ANS PRESS-ə Quba rayon polis şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi Əsgər Kazımov məlumat verib.Onun sözlərinə görə həmin şəxslər fevralın 10-dan martın 15-dək rayonun müxtəlifyerlərində, əsasən də gecə vaxtı evlərin qarşısında dayanan avtomobilləri sökərək, ehtiyat hissələrini Xudat şəhərində ayrı-ayrı şəxslərə satıb,maşının qalan hissələrini isə Xaçmaz və Xudat şəhərindəki metal qəbulu məntəqələrinə veriblər.

Müstəntiqin sözlərinə görə, saxlanılan şəxslər Qubada 12 belə oğurluq hadisəsi törədiblər.

Onların barəsində həbs qəti imkan tədbiri seçilib.
İstintaq gedir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm