Yanacaqdaşıyan maşın iki avtobusla toqquşub
Bizi izləyin

Qırmızı.az

Yanacaqdaşıyan maşın iki avtobusla toqquşub

Pakistanın cənub-qərbində, Bəlucistan əyalətində dəhşətli yol qəzası baş verib. Qadani şəhəri yaxınlığında yanacaqdaşıyan maşınla iki sərnişin avtobusunun toqquşması nəticəsində azı 25 nəfər ölüb, 30-dan çox adam da xəsarət alıb.


Polisin məlumatına görə, yanacaqdaşıyan maşının sürücüsü idarəetməni itirərək, əks yola çıxıb və Kəraçi şəhərindən yola çıxan sərnişin avtobusları ilə toqquşub. Zərbədən sonra güclü yanğın baş verib.


Yaralıların əksəriyyəti ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Bir neçə nəfərin vəziyyəti ağır olduğundan, ölənlərin sayının artacağı istisna edilmir.


Hadisənin baş verdiyi yol bağlanıb, qəzanın səbəbləri araşdırılır.

Associated Press

Oxumağa davam et
Reklam
Reklam

Gündəm