Qubada 5 yaşlı uşağı maşın vurub, vəziyyəti orta-ağırdır
Bizi izləyin

Qırmızı.az

Qubada 5 yaşlı uşağı maşın vurub, vəziyyəti orta-ağırdır

Bu gün günorta saatlarında Quba şəhəri, Fətəli xan küçəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu gün günorta saatlarında Quba şəhəri, Fətəli xan küçəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Küçədə oynayan 5 yaşlı Abbasquliyev Rəsul Tahir oğlunu naməlum avtomobil vurub. O, müxtəlif bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.

Tibb müəssisəsinin həkimi Ramazan Fətəliyevin verdiyi məlumata görə, xəsarət alan azyaşlıya qapalı kəllə beyin travması, baş-beyinin silkələnməsi və alın nahiyəsinin əzilməsi diaqnozu qoyulub. Onun vəziyyəti orta-ağırdır.

Faktı araşdıran Quba rayon Polis Şöbəsinin müstəntiqi İlkin Kərimov hadisə barədə ətraflı məlumat verməyib. O, RTV-yə açıqlamasında qəzanın hansı şəraitdə baş verdiyini və kim tərəfindən törətdildiyini bilmədiyini qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm