Göygöldə avtomobil icra başçısının evinə çırpılıb, yaralılar var
Bizi izləyin

Qırmızı.az

Göygöldə avtomobil icra başçısının evinə çırpılıb, yaralılar var

Bu gün Göygöldə, rayonun Üçtəpə kəndi ərazisində ağır yol qəzası baş verib.

Bu gün Göygöldə, rayonun Üçtəpə kəndi ərazisində ağır yol qəzası baş verib.

Rayon sakini, 1994-cü il təvəllüdlü Rauf Teymurazov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolun kənarındakı yaşayış evinin divarına çırpıb. Hadisə nəticəsində sürücü və sərnişin, 1993-cü il təvəllüdlü Elbrus Əmiraslanov ağır bədən xəsarətləri alıblar. Xəstəxanaya yerləşdirilən yaralıların vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerində olan əməkdaşımızın verdiyi xəbərə görə, avtomobilin çırpıldığı ev hazırda İmişli rayon icra başçısı olan Vilyam Hacıyeva məxsusdur. Hadisə nəticəsində evin divarının bir hissəsi uçub. Yaşayış evi qəzalı vəziyyətə düşüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm