Qənirə Paşayeva Əlibəylidə
Bizi izləyin

Qırmızı.az

Qənirə Paşayeva Əlibəylidə

Qənirə Paşayeva Əlibəylidə Ermənistanın yaraladığı sakinləri və atəşə tutduğu ailələri ziyarət edib.

Millət vəkili Qənirə Paşayeva Ermənistanla ön cəbhədə yerləşən Tovuz rayonunun Əlibəyli kəndində Ermənistanın son 3 gündə atəşkəsi intensiv pozması və mülkü insanları hədəfə alması nəticəsində yaralanan sakinləri və atəşə tutduğu ailələri ziyarət edib.

Publika.Az-ın məlumatına görə, Ermənistanın atəşkəsi pozaraq evini hədəfə aldığı və öz evində silahla vuraraq yaraladığı Əlibəyli kənd sakini Etibar Tağıyevi xəstəxanada ziyarət edən millət vəkili Qənirə Paşayeva ona və ailəsinə bir daha keçmiş olsun diləklərini çatdırıb və müalicəsinin gedişi ilə maraqlanıb.

Həkimlər yaralıya zamanında bütün yardımların edildiyini, müalicənin müsbət nəticə verdiyini və yaxın günlərdə Etibar Tağıyevin tam sağalaraq evinə dönə biləcəyini deyiblər. Etibar Tağıyevin ailə üzvləri Ermənistanın ailənin bütün üzvlərinin evdə olduğu axşam saatlarında evləri silahlarla hədəfə alaraq vurmalarını qeyri-insani addım adlandıraraq bu cür çirkin əməllərdən ən çox kiçik yaşlı uşaqların ciddi əziyyət çəkdiyini deyiblər. Bildiriblər ki, hadisə zamanı evdə olan ailənin 3 məktəb yaşlı övladı atalarının bu şəkildə yaralanmasından ciddi sarsıntı keçiriblər. Millət vəkili Ermənistanın bu cür çirkin əməllərinə beynəlxalq təşkilatların, özəlliklə münaqişənin tənzimlənməsində rol oynamaq missiyasını daşıyan ATƏT-in Minsk Qrupu həmsədrlərinin duyarsızlığı barədə ailə üzvlərinin etirazlarının haqlı olduğunu deyərək, bunu hər bir azərbaycanlının ciddi şəkildə qınadığını deyərək baş verənləri bütün biganəliklərə baxmayaraq beynəlxalq təşkilatların və ictimaiyyətin diqqətinə çatdıracaqlarını deyib.

Q.Paşayeva Ermənistanla ön cəbhədə Əlibəyli kəndində Ermənistanın atəşkəsi pozaraq silahlarla gülləyə tutduğu evləri, ailələri də ziyarət edib və Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozaraq evləri hədəfə alması zamanı yaralanan Əliyev Rəşad Səfər oğlunu və ailəsini ziyarət edərək, keçmiş olsun diləklərini çatdırıb və ailə ilə geniş söhbətlər aparıb. Ailə, millət vəkilinə Ermənistan silahlı qüvvələrinin evi hansı növ silahlardan atəşə tutmasını, partlayan güllələri göstərib və körpə uşaqların, qadınların hədəfə alınmasını insanlıqdan kənar addımlar adlandırıb. Millət vəkili Ermənistanın hələ də bu çirkin əməllərdən əl çəkməməsinin, beynəlxalq təşkilatların Ermənistanın bu əməllərinə duyarsız qalmasının təəssüf doğurduğunu deyib və bütün azərbaycanlıların onlardan ciddi addımlar gözlədiyini deyib. Millət vəkili Qənirə Paşayeva Tovuz istiqamətində ön cəbhəmizi layiqli şəkildə qoruyan və düşmənin bütün təxribatlarına layiqli cavab verən hərbiçi və əsgərlərimizin mülkü vətəndaşlarımızı qorumaq üçün əllərindən gələni etdiklərini deyib. Ön cəbhəmizin yüksək səviyyədə qorunduğunu, əsgər və hərbiçilərimizin hər zaman kənd sakinlərini qorumaq üçün əlindən gələni etdiyini deyən sakinlər bir sıra təklif və fikirlərini də millət vəkilinə söyləyərək onların rəsmi qurumlara çatdırılmasını və öz həllini tapmasında dəstək göstərməsini xahiş ediblər. Millət vəkili onların bütün təklif və fikirlərini qeyd edərək onların həlli istiqamətində dövlət qurumları ilə müzakirələr aparacağını bildirib. Millət vəkili ön cəbhə nöqtələrində qulluq edən əsgər və hərbçilərlə də görüşüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm