• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

“Elçibəyin oğlu əhlikeflik edir”- Əmisi

“Elçibəyin oğlu əhlikeflik edir”- Əmisi

“Elçibəy həyat yoldaşı Həlimə xanım səhhətindəki problemlərlə bağlı müalicə üçün Türkiyəyə gedib”.

Bunu AzVision.az-a açıqlamasında mərhum eks-prezident Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev deyib. Onun sözlərinə görə, Ə.Elçibəyin həyat yoldaşının səhhətində müəyyən problemlər var. Bu baxımdan o Türkiyəyə müalicə olunmağa gedib.

A.Əliyev bildirib ki, mərhum prezidentin oğlu Ərturqut hazırda anasının müalicəsi ilə bağlı Türkiyədədir. Aprelin 15-nə qədər qayıtmalıdırlar”.

A.Əliyev daha sonra Ərturqutun işsizliyindən gileylənib. Bildirib ki, dəfələrlə ona iş tapsa da Ərturqut imtina edib.

“İş çoxdur. Ərturquta görə, Prezident Aparatına, Fövqəladə Hallar Nazirliyinə müraciət etmişəm. Deyirlər ki, gəlib işləsin, amma özü getmir, əhlikeflik edir. İndi də deyir ki, Türkiyədən gələndən sonra gedəcəm”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR