Erkən yaşda anaların dünyaya gətirdiyi uşaqların ölüm faizi yüksəkdir
Bizi izləyin

Qırmızı.az

Erkən yaşda anaların dünyaya gətirdiyi uşaqların ölüm faizi yüksəkdir

Erkən yaşda anaların dünyaya gətirdiyi uşaqlar çox vaxt aşağı bədən çəkisi ilə doğulurlar. Erkən yaşda analardan doğulan uşaqlar arasında ölüdoğulma və körpə ölümü göstəriciləri 20-29 yaşda anaların dünyaya gətirdiyi uşaqlara nisbətən 50% üstünlük təşkil edir.

Publika.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Gənclər üçün sağlamlıq forumunda bildirilib.

Tədbirdə o da vurğulanıb ki, dünyada hər il 6 milyonadək insan tütünün zəhərli təsiri ilə yaranan xəstəliklər nəticəsində dünyasını dəyişir. XX əsrdə tütün epidemiyası dünyada 100 milyon insanın həyatına son qoyub.

Tütün tüstüsündə insan orqanizmi üçün təhlükəli sayılan 4000-ə yaxın zərərli, o cümlədən xərçəng xəstəliyini yaradan kimyəvi maddə olduğunu vurğulayan məruzəçi bildirib ki, hər bir insanın təmiz, tərkibində zərərli maddələr olmayan hava ilə nəfəs almaq hüququ var. Tütünçəkmə insanın sağlamlığına təhlükə yaratmaqla yanaşı, ona ciddi maddi zərər vururduğunu bildirərək gəncləri sağlam həyat tərzini seçməyə və öz sağlamlıqlarına qarşı məsuliyyət hissini gücləndirməyə çağırdı.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm