V qrupa ərizə qəbulunda son gün
Bizi izləyin

Qırmızı.az

V qrupa ərizə qəbulunda son gün

Ali təhsil müəssisələrinə V ixtisas qrupu üzrə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyənlər üçün ərizə qəbulunun vaxtı bu gün bitir.

Bu barədə Publika.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, müraciət edən abituriyentlər TQDK-nın müvafiq internet səhifəsinə daxil olub, şəxsiyyəti təsdiq edən sənəddən və TQDK-nın virtual ödəmə kartından istifadə etməklə "Abituriyentin elektron ərizəsi" formasını doldururlar. Virtual ödəmə kartını internet ödəmə xidmətləri vasitəsi ilə və ya 7725 nömrəsinə boş SMS göndərməklə əldə etmək olar.

I-IV ixtisas qrupları üzrə elektron ərizələrini təsdiq etdirmiş abituriyentlərin V ixtisas qrupuna və ya tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd verməsi üçün yenidən ödəmə kartı əldə etmələrinə ehtiyac yoxdur. Onlar əvvəlki iş nömrəsi və şifrdən istifadə etməklə ərizələrini təsdiq edə bilərlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm