• USD 1,7008 0,00% EUR 1,9988 +0,13%
    • GBP 2,1901 -0,11% RUB 0,0288 +0,35%

“Azercell”dən dəstək: Yolumuz Qarabağadır - FOTOLAR

“Azercell”dən dəstək: Yolumuz Qarabağadır - FOTOLAR

Azercell-in dəstəyilə keçirilən marafonda beş gənc Bakıdan Füzuliyədək velosiped sürüblər

13, 14 və 15 may tarixlərində azərbaycanlı gənclər velosipedlə Bakıdan Qarabağadək veloyürüş keçiriblər və 320 km məsafə qət ediblər. “Yolumuz Qarabağadır” şüarı altında keçirilən marafon “Azercell Telekom” MMC-nin dəstəyilə baş tutub.

Adil Məmmədli, Rüfət Nəcəfov, Ramin Namazlı, Ağabala Nəcəfov üç gün ərzində paytaxtdan Füzuli rayonunadək məsafəni velosipedlə qət ediblər. Onların arasında qaydasız döyüş üzrə birqat dünya, ikiqat Azərbaycan çempionu Cəmil İbrahimov da olub. 5 həvəskar velosipedçimiz marafonun ilk günündə Ələt, Hacıqabul, Şirvan, Sabirabadı keçməklə Saatlı rayonuna çatıblar.

Velosipedçilər gün ərzində cəmi bir neçə saat yatmaq şərtilə üçüncü gün İmişli və Beyləqanı da arxada qoyaraq Qarabağa - Fuzuliyə çatıblar. Sevindirici haldır ki, Azərbaycanın bölgələrində yerli əhali tərəfindən marafona böyük maraq və diqqət göstərilib. Velosipedçilərin getdiyi hər rayonda yerli sakinlər marafonçulara qoşulublar, veloyürüşün müəyyən hissəsində iştirak ediblər. Eyni zamanda velosipedçilərimiz həmin ərazilərdə olan Azercell Ekspres ofislərinə də baş çəkiblər.

“Yolumuz Qarabağadır” marafonunun məqsədi sağlam həyat tərzini təşviq etmək, gənclər arasında vətənpərvərlik hissinin daha da yüksəlməsinə töhfə verməkdən ibarət idi.

Azercell-in dəstəyilə baş tutan marafon iştirakçıları pulsuz rabitə və sürətli mobil internetlə təmin olunublar. Bu səbəbdən gənclərin yürüş zamanı operativ şəkildə video görüntü və şəkillərlə paylaşmaları mümkün olub. Velosipedçilər “Yolumuz Qarabağadır” marafonuna həsr olunmuş Facebook səhifəsində və digər sosial şəbəkələrdə keçdikləri hər rayonda maraqlı məqamları əks etdirən foto və video materiallar paylaşıblar. Hətta istirahət saatlarında velosipedçilər Azercell-in Bookmate əlavəsinin köməyilə kitab oxumağa da vaxt tapıblar.

Qeyd etməliyik ki, marafon iştirakçıları peşəkar idmançılar deyil. Onlar özlərinə məxsus sadə model velosipedlərlə yürüşə çıxıblar və qarşıya qoyulan məqsədə nail olmağı bacarıblar.

Xatırladaq ki, marafona rəhbərlik edən Adil Məmmədli və Rüfət Nəcəfov bundan əvvəl Azercell-in dəstəyilə baş tutan “Siqaretsiz həyat daha gözəldir” aksiyasında iştirak ediblər. Bu aksiya çərçivəsində onlar bir dəfə qaçaraq Bakıdan şimal, ikinci dəfə cənub sərhədinə qədər məsafə qət ediblər.

Azercell Telekom MMC bundan sonra da sağlam həyat tərzini təbliğ edən və vətənpərvərlik ruhunun yüksəlməsinə yönələn marafon və aksiyalara dəstək olacaq.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, M2M,MobilBank,GPRS/EDGE (mobil internet),24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2015-ci ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaşı olan Telia Company şirkətlər qrupunun bir hissəsidir.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>