Cinayət Məcəlləsinə dəyişiklik edildi
Bizi izləyin

Qırmızı.az

Cinayət Məcəlləsinə dəyişiklik edildi

İyunun 1-dən etibarən Azərbaycanda qanunsuz sahibkarlıqla məşğul olan şəxslər cərimə ödəməklə məsuliyyətdən azad olunacaqlar.

Publika.az xəbər veriri ki, Prezident İlham Əliyevin təstiqlədiyi Cinayət Məcəlləsində edilən dəyişikliklərdə bu qayda əksini tapıb. Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) maddəsinə əlavə edilən qeyd bölməsində göstərilir ki, bu Məcəllənin 192.1-ci maddəsində nəzərdə tutulmuş əməli ilk dəfə törədən şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə və cinayət nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə cinayət məsuliyyətindən azad olunur.

Xatırladaq ki, bu dəyişikliyə qədər qanunsuz sahibkarlıqla məşğul olan şəxsin cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki misli miqdarında cərimə və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması nəzərdə tutulurdu.

Dəyişiklik iyunun 1-dən qüvvəyə minir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm