Qırmızı.az
Qarabağ məscidləri Təbrizdə - FOTOLAR
İran İslam Respublikasının Təbriz şəhərində “Azərbaycan İslam mədəniyyətinin incisidir” mövzusunda fotosərginin açılışı olub.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən (DQİDK) Publika.az-a verilən məlumata görə, açılış mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Təbriz şəhər bələdiyyəsinin sədri Sadiq Nəcəfi, İranın Şərqi Azərbaycan valisinin müavini Səid Şəbüstəri, ziyalılar, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Təbriz bələdiyyəsinin muzeyində keçirilən fotosərgidə Azərbaycanın Bakı, Naxçıvan, Gəncə, Astara və başqa şəhərlərindəki məscidlərin böyük formatlı fotoları nümayiş etdirilir. Sərgidə, həmçinin Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki məscidlər haqqında materiallar yer alıb.
Sərginin açılışında iştirak edən Təbriz şəhərinin sakinlərinə məscidlər haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, ermənilər Azərbaycanın Dağlıq Qarabağ bölgəsini yalnız hərbi təcavüzə deyil, həm də mənəvi təcavüzə məruz qoyublar. Qədim Şuşa və Ağdam şəhərlərindəki məscidlər ermənilər tərəfindən dağıdılıb və təhqir edilib. Bu, ermənilərin İslam mənəviyyatına təcavüzü deməkdir.
Anar Tağıyev
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı