Qırmızı.az
Sabir Rüstəmxanlının 70 illik yubileyi keçirildi
Dövlət Akademik Milli Dram Teatrında xalq şairi Sabir Rüstəmxanlının 70 illik yubileyi münasibəti ilə tədbir keçirilib.
Publika.az xəbər verir ki, tedbiri Yazıçılar Birliyinin rəsmisi İlqar Fəhmi açıq elan edib.
Sabiri canlı mif adlandıran İlqar Fəhmi çıxışına belə davam edib:"Sonrakı nəsil olan bizlər, gənclər onun kimi şəxsiyyətlərdən nümunə götürmüşük. Mən Sabir bəyi Yazıçılar Birliyinin adından təbrik edirəm".
Daha sonra çıxış edən türkiyəli şair Özcan Ünlü, Tatarıstanın xalq şairi Robert Milnuri, eləcə də digər türkdilli ölkələrin nümayəndələri şairlə tanışlıqlarından, onun şeir və romanlarının qüdrətindən danışıb, hədiyyələrini təqdim ediblər.
Elm və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələrinin qatıldığı tədbirdə Sabir Rüstəmxanlının həyat yolu, fəaliyyəti və yaradıcılığından geniş söhbət açılıb, onun şeirləri səsləndirilib.
Qeyd edilib ki, S.Rüstəmxanlı “Ömür kitabı”, “Gəncə qapısı”, “Sağ ol, ana dilim!”, “Qan yaddaşı” kitabları, “Bütövlük”, “Didərginlər”, “Cavad xan”, poemaları, “Atamın ruhu”, “Xətai yurdu”, “Göy Tanrı”, “Sunami” və digər əsərləri ilə Azərbaycan ədəbiyyatında xüsusi rol oynayıb. Bu əsərlərdən bir çoxu dünya xalqlarının dillərinə tərcümə olunub.
Cəvahir Səlimqızı
-
Magazin123:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi