Qırmızı.az
Bir il əvvəl xəttə buraxılan avtobuslar sıradan çıxır - FOTOLAR
Bakıya 2015-ci ildə gətirilmiş sərnişin avtobusları sıradan çıxır.
Publika.az xəbər verir ki, 88 saylı marşrut avtobusu üzrə hərəkət edən yeni avtobuslar heç bir il deyil ki, istifadə olunur. Avtobusların oturacaqları, habelə oturacaqların söykənəcəkləri tədricən sınaraq sərnişinlərə problem yaradır.
Əməkdaşımız 88 saylı marşrut üzrə hərəkət edən bir neçə avtobusda müşahidələr apararaq ictimai nəqliyyat vasitələrinin sırnmış oturacaqlarının və söykənəcəklərin fotolarını çəkib. Yüksək sürətlə hərəkət edən bu nəqliyyat vasitələrinin sınmış oturacaqlarında əyləşmək təhlükəli hal alıb. Bütün bunlar sərnişinləri ayaq üstdə yol getməyə vadar edir.
Qeyd edək ki, cəmi bir il bundan əvvəl gətirilmiş 25 oturacaqdan
ibarət avtobuslar İtaliya və Türkiyənin birgə istehsalıdır.
İctimai nəqliyyat vasitələri paytaxta gətirilərkən onların Avro 5
standartlarına uyğun olduğu bildirilirdi. 3 kameranın olduğu
avtobuslarda sürücü kabinəsində isə monitor quraşdırılıb.
Sərnişin avtobusunda kondisioner və istilik
sistemləri quraşdırılsa da, sürücülər bundan istifadə
etmirlər.
Sonda onu da qeyd edək ki, 88 saylı marşrut avtobusları Bakının ən təhlükəli nəqliyyat vasitələridir. Belə ki, avtobusun sürücüləri sürət həddini aşır, sərnişinlərlə kobud rəftar edirlər. Sürücülərin özbaşınalıqlarının nəticəsi kimi son vaxtlar bir neçə yol qəzası baş verib. Bununla yanaşı, bu günlərdə sürücülərin sürət hddini aşması və qapıları bağlamadan avtobusu idarə etməsi nəticəsində bir sərnişin avtobusdan yıxılaraq xəsarət alıb. Sərnişinlərin haqlı narazlıqları isə heç bir nəticə verməyib.
Xatırladaq ki, 88 saylı marşruta yeni avtobuslar 2015-ci ilin martında alınıb.
Anar Tağıyev,
FOTOLAR müəllifindir
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?