Müdafiə Nazirliyi erməni hərbi təlimlərinə cavab verdi
Bizi izləyin

Qırmızı.az

Müdafiə Nazirliyi erməni hərbi təlimlərinə cavab verdi

Müdafiə Nazirliyi erməni hərbi təlimlərinə cavab verdi

“Müdafiə Nazirliyi Ermənistan tərəfinin işğal olunmuş torpaqlarımızda keçirdiyi təlimlər barədə məlumatlıdır”.Bu sözlər Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin “Axar.az”ın sorğusuna verdiyi cavabda yer alıb.

Müdafiə Nazirliyi Dağlıq Qarabağda erməni silahlı bölmələrinin keçirdiyi təlimi nəzarətdə saxladıqlarını bildirib:

“Müdafiə Nazirliyi Ermənistan tərəfinin işğal olunmuş torpaqlarımızda keçirdiyi təlimlər barədə məlumatlıdır və bu proses nəzarət altındadır. Müdafiə Nazirliyi Ermənistan Respublikasının işğalçı Silahlı Qüvvələri bölmələrinin ərazilərimizdə yerləşməsini - hərbi təlimlərin keçirilməsi və ya hər hansı digər formada iştirakından asılı olmayaraq, bunun yolverilməz olduğunu bildirir”.

Qeyd edək ki, dünəndən etibarən Azərbaycanın işğal olunmuş torpaqlarında erməni silahlı birləşmələrinin təlimləri keçirilir. Təlimləri bu gün Ermənistan Müdafiə naziri Seyran Ohanyanın da izlədiyi haqqında informasiya yayılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm