• USD 1,7339 0,00% EUR 1,8297 0,00%
    • GBP 2,2001 0,00% RUB 0,0270 0,00%

"Qisas pornosu"nun qabağını almaq mümkündürmü?

"Qisas pornosu"nun qabağını almaq mümkündürmü?

ATV ekranlarında məşhur çoban videosu hamının xatirindədir. Amma sən demə xaricdə də bu problem varmış. Belə ki, Publika.Az BBC-yə istinadən xəbər verir ki, Britaniyada xeyriyyəçi təşkilatlar proqramına deyiblər ki, "qisas pornosu" barədə şikayətlər getdikcə artır.

Bu, keçmiş partnyorların cinsi məzmunlu foto və ya videolarını icazəsiz yaymaq deməkdir.Bəzi hallarda həmin adamların şəxsi məlumatları da internetə yerləşdirilib.

Problemə görə bəzi fəallar Britaniyanı bəzi Amerika ştatlarından nümunə götürərək qisas pornosuna qarşı xüsusi qanun layihəsi təqdim etməyə çağırıb.

ABŞ-ın Nyu Cersi ştatında Anişa Voranın keçmiş partnyoru onun cinsi məzmunlu fotolarını bir neçə sayta yerləşdirəndən sonra altı aylıq həbs edilib."Əvvəl üç saytda idi, sonra 200-dən çox sayta yayıldı. [Kişi] ünvanımı, mobil telefon nömrəmi yaymışdı", 24 yaşlı qadın deyib.

"Bir il yarım məktəbə getmədim. Evdən çıxmağa qorxurdum."Onu 10 ildən çox tanıyırdım, ayrılanda da pis olmamışdı, sadəcə ayrıldıq. Heç ağlıma gəlməzdi ki, bu fotoları yayacaqdı".

Anişa ona şəkillərini göndərməklə "axmaq səhv" etdiyini desə də, o zaman ona etibar etdiyini bildirir."Fotoları yaymaq, həddini aşmaqdır. Adamın həyatını məhv etməkdir", o deyir.

Qisas pornosu barədə qanunlar Kalifornia, Texas və bu həftə Yuta ştatında qəbul olunub.Nyu York ştatında da siyasətçilər oxşar tədbirlər görmək üçün kampaniya aparırlar.

"Düşünürük ki, həbs təhdidi bu iyrənc adamları dayandıracaq yeganə şeydir", Nyu Yorkda Queens rayonunun rəsmisi Ed Braunstein deyir.

"Sosial media və mobil telefonlar daha geniş istifadə olunur deyə problem ancaq pisləşəcək".

Bir Nyu-York vəkili hətta qisas pornosu probleminə həsr olunmuş şirkət də açmaq qərarına gəlib. 2014-cü ilin yanvar ayında açılan şirkətə gələn müraciətlərin sayı onu təəccübləndirib."Hər gün zərər çəkmişlərdən zənglər gəlir. 13 yaşından 40 yaşında olanlara qədər", şirkəti açan vəkil Carrie Goldberg deyir.

"Cinsi məzmunlu fotolar çəkib onları göndərmək artıq adi haldır - çox, çox geniş yayılıb və buna görə, daha çox adamın qanunla müdafiə edilməsinə ehtiyacı var", o deyir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR