Qırmızı.az
Britaniya şirkətinin Azərbaycandakı filialının fəaliyyətini dayandırıldı
Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən aparılan nəzarət tədbirləri nəticəsində Britaniyada hüquqi şəxs kimi qeydiyyatdan keçmiş "İnnovative İnternational Group Ltd" holdinq qrupuna daxil olan "Life Division" MMC-nin Azərbaycan Respublikasındakı filialı tərəfindən müvafiq lisenziya alınmadan aktivlərin idarə edilməsi fəaliyyəti üzrə xidmətlərin təklif edilməsi müəyyən olunub və həmin fəaliyyətin dayandırılması barədə göstəriş verilib.
Komitənin İctimaiyyətlə əlaqələr sektorundan Publika.az-a
verilən məlumata görə, MMC 8 aprel 2014-cü il tarixindən etibarən
həmin fəaliyyətin dayandırıldığını bildirib.
QKDK "İnnovative İnternational Group Ltd" və ya "Life Division"
MMC-nin müştərisi olan investorları bu şirkətlərlə münasibətlərdə,
onların Azərbaycan Respublikası ərazisindəki fəaliyyətinin qanunsuz
olduğunu nəzərə almağa çağırır.
QKDK aktivlərin idarə edilməsi fəaliyyətinin lisenziyalaşdırılan
fəaliyyət növü olduğunu bildirir və vətəndaşları bu fəaliyyətin
reklamları zamanı diqqətli olmağa dəvət edir.
Qiymətli kağızlar bazarında lisenziya əsasında fəaliyyət göstərən
təşkilatların siyahısı ilə QKDK-nın rəsmi internet səhifəsində
tanış olmaq mümkündür: http:
//scs.gov.az/new/?sec=mdata&mid=61&sid=81,79,116&lang=1
-
Magazin123:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi