Qırmızı.az
Mübariz Qurbanlı falçılardan danışdı
“Falçılıq fanatizmin elementidir və Azərbaycanda ona qarşı mübarizə vacibdir”.
Publika.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Multikulturalizm ili” çərçivəsində “Media və din” mövzusunda keçirilən konfransda komitə sədri Mübariz Qurbanlı deyib.
Onun sözlərinə görə, bununla əlaqədar həm İnzibati Xətalar Məcəlləsində, həm də Cinayət Məcəlləsində maddələr var: “Dini Komitənin də bu məsələdə müəyyən səlahiyyətləri var. Komitə səlahiyyətlərindən istifadə edərək Daxili İşlər Nazirliyinin yerli qurumları ilə birgə ayrı-ayrı bölgələrdə, şəhərlərimizdə falçılıqla məşğul olan şəxslər ortaya çıxarılır və onlara xəbərdarlıq edili. Bir məsələni də qeyd edib ki, ekstrasenslik var. Bizim Tofik Dadaşov kimi məşhur ekstrasensimiz olub. Amma ekstrasens falçılıq deyil. Falçılıq primitiv şəkildə insanları alıdadır və onların vəsaitini mənimsəyir. Dünyadakı bütün dinlər də bu cür hərəkətləri pisləyir”.
Mübariz Qurbanlı dünyanın bütün ölkələrində falçılığa qarşı mübarizənin olduğunu qeyd edib. O, hətta bəzi ölkələrdə falçılığa qarşı sərt qanunların tətbiq olunduğunu deyib.
“Hesab edirik ki, insanların bu və ya digər inanclarından istifadə edərək dələduzluq etmək, onların əmlakını mənimsəmək yolverilməzdir. Buna qarşı mübarizə aparılmalıdır. Biz medianın da bu istiqamətdə fəaliyyətinin gücləndirilməsini istəyirik. Biz bəzi məlumatları mediadan götürərək onların qarşısını almaq üçün tədbirlər görürük”, - Komitə sədri vurğulayıb.
Ömər Dağlı
-
Magazin123:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi