• USD 1,7001 0,00% EUR 2,1335 0,00%
    • GBP 2,4037 0,00% RUB 0,0302 0,00%

Azərbaycan üçün Afrika təcrübəsi: - “Sakit ov”dan necə pul qazanaq?

Azərbaycan üçün Afrika təcrübəsi: - “Sakit ov”dan necə pul qazanaq?

Turistlərin cəlb edilməsi üçün müxtəlif turların təşkil edilməsi təcrübəsi geniş yayılıb. Bu turlar arasında ən xüsusilərindən biri safari turlarıdır. Bu, ümumilikdə ekoturizmin tərkibinə daxil olsa da, populyarlığına görə xüsusi olaraq göstərilir.

Admiral.Az turizmdə xüsusi yerə sahib olan safari turlarını, bunun Azərbaycanda tətbiq edilməsinin mümkünlüyünü araşdırıb.

Safari: ərəb mənşəli olan safari sözü “səfər” mənasını daşıyır. Turizmin bu növünün nə vaxt və harada yaranması haqqında dəqiq məlumat yoxdur. O məlumdur ki, safari turları ilk dəfə Afrikada təşkil olunub. Məqsəd Qərbi Avropadan və Amerikadan gələn varlı turistlərin maraqlarını yerli vəhşi fauna nümunələrinə cəlb etməkdir. Safari turları vəhşi heyvanların ovlanması, yaxud onları yaxından müşahidə etməkdir. Turistlər belə turlar zamanı keçilməz cəngəlliklərə, səhrəlara səyahət edir, həm ov edir, həm də istirahət edirlər.

Safari turları Avropadan başqa, digər qitələrdə -
Afrika, Asiya, Cənubi və Şimali Amerika, Avstraliyada geniş yayılıb.

news-detail

Son dövrlər safari turları zamanı vəşhi heyvanlarla yanaşı, bütün növ heyvanların ovlanması fauna aləminə ciddi zərbə vurur. Xüsusilə nəsli kəsilməkdə olan heyvan növlərinin ovlanmasından sonra bu turların sayı azaldılıb. Lakin bu, safari turlarının turizm növü kimi aradan çıxması demək deyil. Vəhşi heyvanların ovlanmasının yerini artıq “sakit ov” tutmaqdadır.

“Sakit ov” safari turları zamanı vəşhi heyvanların, təbiət möcüzələrinin fotolarının çəkilməsidir. Buna foto-safari də deyirlər. Məhz foto-safari turları təcrübəsinin Azərbaycanda tətbiqi mümkündür.

Beynəlxalq təcrübəyə görə, foto-safarilər, yəni “sakit ov” xüsusi mühafizə olunan təbiət əraziləri, milli parklar, qoruqlarda həyata keçirilə bilər. Azərbaycanın Ordubad, Şirvan, Ağ göl, Hirkan, Altıağac, Abşeron, Şahdağ kimi milli parkları var. Həmçinin,
12 dövlət qoruğu və 23 dövlət yasaqlığı var.

news-detail

Azərbaycanın sahib olduğu fauna aləmi də zəngindir. Respublikada 97 növ məməli, 357 növ quş, 67 növ amfibi və reptili, 1 növ dəyirmiağız, 97 növ balıq, 15 mindən çox onurğasız heyvan növü məlumdur. Heyvan növlərinin respublika ərazisində yayılma arealı da müxtəlifdir. Bəzi heyvanlar yalnız məhdud ərazilərdə, digərləri isə respublikanın bütün ərazisində yayılıb. Misal üçün, Qafqaz tetrası Kiçik və Böyük Qafqazın subalp zonasında, yaşılbaş ördək Xəzərin sahilində, Qaya keçisi və Cənubi Qafqaz muflonu Naxçıvanda, ceyran ancaq Şirvan qoruğunda, Bəndovan və Korçayda rast gəlir. Bunlarla yanaşı, Qafqaz dağlarında vəşhi dağ keçiləri, Qafqaz qonur ayısı və digər vəhşi heyvanlar da mövcuddur.

Doğrudur, Azərbaycanda Afrika çöllərindəki aslanlara, bəbirlərə, yaxud fillərə rast gəlmək olmaz. Lakin ölkəmizin faunasının özünəməxsus özəlliklərə sahib olması da faktdır. Bu baxımdan, Azərbaycanda da safari turları, xüsusilə foto-safari turlarını təşkil etmək mümkündür.


news-detail

Qeyd edək ki, hazırda Azərbaycanda bir sıra turizm şirkətləri bölgələrə safari turları, yaxud “jeep-safari” avtoturları var. Hətta ölkəmizdə “Safari” Beynəlxalq Ov Mərkəzi belə fəaliyyət göstərir. Lakin bu mərkəz azərbaycanlı ovçuların Afrika çöllərində ov etməsini təşkil edir. Halbuki, ölkədə safari-turlarının təşkil edilməsi yerli ov həvəskarlarının pullarını Afrikaya xərcləməsinin qarşısını müəyyən qədər ala bilər.
Digər tərəfdən, təşkil olunan safari turları dünya standartlarına uyğun gəlmədiyi üçün nəinki xariciləri, heç yerli turistləri də o qədər maraqlandırmır.


news-detail

Kanada, Malayziya, Madaqaskar, Zambiya, CAR, Keniya kimi ölkələrin təcrübəsi isə safari turlarından böyük gəlir əldə etməyin mümkün olduğunu göstərir.

Safari turlarının təşkili üçün bir sıra addımların atılması zərurəti var:

1. Beynəlxalq təcrübənin tətbiqi.
2. Belə turların təşkil ediləcəyi yerlərdə infrastrukturun yaradılması.
3. Ölkənin safari turları üçün uyğun olan potensialının beynəlxalq səviyyədə tanıdılması.


news-detail
Bu komponentlərdən istifadə etməklə, həm yerli turistlər, həm də xarici turistlər üçün safari turlarının təşkilini həyata keçirmək olar.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>