TQDK-da 20 Yanvar faciəsinin ildönümü qeyd edilib
Bizi izləyin

Qırmızı.az

TQDK-da 20 Yanvar faciəsinin ildönümü qeyd edilib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirilib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Publika.Az-ın verdiyi xəbərə görə, iclasda TQDK-nın sədr müavini Namiq Babayev çıxış edərək 20 Yanvar faciəsinin səbəbləri, xalqın sovet imperiyasına qarşı mübarizə ruhu və müstəqillik yolundakı mübarizəsindən danışıb.

N. Babayev bildirib ki, xalqın qan yaddaşına silinməz faciə kimi yazılmış 20 Yanvar, eyni zamanda tarixin bir qəhrəmanlıq səhifəsidir: “Biz 20 Yanvarı milli matəm, hüzn günü kimi qeyd edirik, ancaq o müdhiş gecəni həm də iftixar hissi ilə xatırlayırıq”.

Daha sonra komissiyanın əməkdaşları çıxış edərək 20 Yanvarın xalqın müstəqillik uğurunda mübarizəsindəki yerindən, həmin günün xalqımız tərəfindən yüksək səviyyədə yad edilməsinin əhəmiyyətindən və tarixin bu şanlı səhifəsinin gələcək nəsillərə çatdırılmasının vacibliyindən danışıblar.

Qeyd edək ki, TQDK-nın kollektivi yanvarın 20-də Şəhidlər Xiyabanını ziyarət edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm